Qırğızıstan-Tacikistan sərhədində vəziyyət stabildir – Sərhəd Xidməti

Qırğızıstanın Tacikistanla sərhədində vaziyyət stabildir.

AzerTimes-ın “Kabar”a istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstanın Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqələr və media şöbəsindən bildiriblər.


Məlumata əsasən, ötən sutka ərzində sərhəddə insident qeydə alınmayıb. Tərəflər dövlət sərhədi xəttindən əlavə qüvvələri daimi yerlərinə çəkməyə başlayıblar.