Qırğızıstan-Tacikistan sərhədində atışmada 11 Qırğızıstan əsgər yaralanıb

Qırğızıstan-Tacikistan sərhədində baş verən münaqişə nəticəsində 11 əsgər yaralanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi xəbər verib.

Məlumata əsasən, dördündə qəlpə yaraları, ikisində güllə yarası qeydə alınıb:

“Yaralananların vəziyyəti orta ağır qiymətləndirilir”.