Qırğızıstan, Özbəkistan və Tacikistan hökumətlərinin nümayəndə heyətləri Fərqanə şəhərində keçirilən danışıqları zamanı sərhədlərin demarkasiyasına dair protokol imzalayıblar.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: “Danışıqlar zamanı tərəflər üç ölkənin dövlət sərhədlərinin qovuşma nöqtəsinin yeri barədə təkliflər üzrə fikir mübadiləsi aparıblar. Gğrüşün yekunları üzrə müvafiq protokol imzalanıb”.
Qeyd edilib ki, üç ölkənin hökumətlərinin nümayəndə heyətlərinin növbəti gğrüşü Qırğızıstanda baş tutacaq.