Britaniyada ötən sutka koronavirusa 25 minə yaxın yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 24 885 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 4 879 616 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutkada koronavirusdan daha 18 nəfər, hazırkı dövrədək isə 128 207 nəfər vəfat edib.