Qırğızıstan Azərbaycana aviareysləri bərpa etməyi planlaşdırır

Qırğızıstan Azərbaycanla aviaəlaqəni bərpa etməyi
planlaşdırır.

Trend-in
məlumatına görə, bu məsələ Qırğızıstanın Bakıdakı səfiri Kayrat
Osmonaliyevin rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə
görüşü zamanı müzakirə olunub.

Qeyd olunur ki, tərəflər ölkələr arasında aviaəlaqənin bərpa
olunması, Xəzər dənizində Qırğızıstan daşıyıcıları üçün bərə
daşımalarına güzəştli tariflərin tətbiqi, Azərbaycanın peyk
sistemindən istifadə imkanları məsələlərini müzakirə edib.

Bundan başqa, Qırğızıstan prezidenti Sadır Japarovun Azərbaycana
səfərinin məhsuldar yekunları qeyd olunub və vurğulanıb ki, bu, iki
ölkə arasında əməkdaşlığın yeni səviyyəyə çıxmasına imkan
verəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: