Qırğız-tacik sərhədində silahlı münaqişə zamanı həlak olmuş sakinlərinin sayı 34-ə yüksəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə və Sosial İnkişaf Nazirliyi şənbə günü bildirib.
“Son məlumatlara görə, zərərçəkənlərin ümumi sayı 173 nəfər təşkil edir, onlardan 34-ü həlak olub”, – xəbərdə deyilir.
Nazirliyin məlumatına görə, 173 zərərçəkmiş arasında 31 hərbi, 1 tibb işcisi və 131 mülki sakin var. “Daha 10 zərərçəkmiş üzrə məlumatlar dəqiqləşdirilir”, – Səhiyyə Nazirliyində əlavə ediblər.