Azad Rəhimov xalqını sevən dövlət xadimi kimi yaddaşlarda qalacaq – Emin Əmrullayev

“Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsini dərin kədər hissi ilə qarşıladıq”.

AzerTimes-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev özünün feysbukdakı səhifəsində yazıb.

“Azad Rəhimov ölkəmizdə gənclər və idman siyasətinin inkişafında böyük xidmətləri olan nikbin, xalqını sevən dövlət xadimi kimi yaddaşlarda qalacaq. Ailəsinə və yaxınlarına səbir diləyirik.

Allah rəhmət eləsin!”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov ötən gün ABŞ-da dünyasını dəyişib.

Teqlər: