Qırğız Respublikasının Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız
Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də rəsmi
qarşılanma mərasimi olub.

AzerTimes-ın məlumatına görə, hər
iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qırğız
Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız
Respublikasının Prezidenti Sadır Japarovu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Qırğız Respublikasının
Prezidentinə raport verdi.

Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Prezident Sadır Japarov fəxri qarovul
dəstəsinin qarşısından keçdilər.

Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət
himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə,
Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim
olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan
Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun
qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Teqlər: