Qırğızıstan parlamentinin müxalif deputatı Adaxan Madumarov dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Qırğızıstan Daxili İşlər Nazirliyinin İstintaq Xidməti yüksək vəzifəli şəxslərin dövlətə xəyanət faktı ilə bağlı cinayət işini araşdırır. 2023-cü il sentyabrın 2-də Qırğızıstanın Təhlükəsizlik Şurasının keçmiş katibi Adaxan Madumarov cinayət işi çərçivəsində saxlanılıb”, – məlumatda qeyd olunub.
Hazırda istintaq davam edir.