“Qida təhlükəsizliyi haqqında” qanun layihəsində 38 maddəyə dəyişikliklər olunub

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsində 38 maddəyə
dəyişikliklər olunub

Bu barədə də Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün
keçirilən iclasında məlumat verilib.

Bildirilib ki, layihə komitə üzvlərindən, Milli Məclis
Aparatının müvafiq şöbəsinin və aidiyyəti qurumların
nümayəndələrindən ibarət işçi qrupu tərəfindən işlənilib və 38
maddəyə dəyişikliklər olunub.

İclasda həmçinin qeyd olunub ki, bu qanunun tətbiqi əhalinin
sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi,
məhsuldarlığın artırılması və ölkəmizdə istehsal olunan məhsulların
ixrac potensialını genişləndirmək məqsədi daşıyır. Agentlik sədri
iclasda deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib.

Teqlər: