QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası Şuşada keçirilib (FOTO)

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası Şuşa
şəhərində keçirilib.

Agentlikdən AzerTimes-a bildirilib ki, iclası Müşahidə Şurasının
sədr müavini, Prezident Administrasiyasının QHT-lərlə iş və
kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev açaraq
gündəliyə daxil olan məsələlər barədə məlumat verib.

V.Quliyev “Şuşa ili”nə həsr edilmiş xüsusi qrant müsabiqəsi və
2022-ci il üçün kiçik qrant müsabiqələrinin mövzuları barədə
fikirlərini bildirərək QHT-lərin hər iki müsabiqəyə ictimai
əhəmiyyət kəsb edən layihələr təqdim edəcəyinə əmin olduğunu
vurğulayıb.

İclasda qonaq qismində iştirak edən Azərbaycan Respublikası
Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış
edərək Agentliyin “Şuşa ili”nə həsr edilmiş qrant müsabiqəsi
keçirməsindən məmnun olduğunu vurğulamış, bu məqsədlə birgə
müzakirənin təşkil edilməsinin səmərəli olduğunu bildirmişdir.

Müşahidə Şurasının üzvləri müsabiqə mövzuları ətrafında
müzakirələr aparıblar və müvafiq qərarlar qəbul ediblər.

Qeyd edək ki, Agentlik yaxın günlərdə hər iki müsabiqəyə
layihələrin qəbulunu elan edəcək.

Teqlər: