Qəzzaya görə iki rus təyyarəsi havaya qalxdı

Qəzzaya görə iki rus təyyarəsi havaya qalxdı

Rusiya Fövqəladə Hallar Nazirliyi Qəzza sakinlərinə kömək etmək üçün 28 ton tibbi yardım daşıyan iki təyyarənin Misirə uçduğunu açıqlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Rusiya Tudey” də məlumat yayıb.

Bildirilir ki, iki FHN-nin yük təyyarəsi dərmanlar, hemostatik dərmanlar və sarğılar da daxil olmaqla, humanitar yüklərin yeni partiyası ilə Qəzza zolağına göndərilib.

Qeyd edək ki, daha öncə Fələstin Səhiyyə Nazirliyi elan edib ki, dərman və tibbi avadanlıq çatışmazlığı səbəbindən Qəzzadakı xəstəxanaların vəziyyəti kritikdir. Belə bir vəziyyət isə İsrailin Qəzzaya hava və artilleriya hücumlarını davam etdirməsi nəticəsində yaranıb.

Teqlər: