Qəzzadan İsrailə atılan raket yaşayış binasına düşüb – Yaralılar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Qəzza zolağından İsrailə atılan raketlərdən biri ölkənin cənubundakı Aşdod şəhərində yaşayış binasına düşüb.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində yaralıların olduğu deyilir.

Bir neçə tikiliyə ciddi ziyan dəyib.


Bundan başqa, Beer-Şeva şəhərində həyəcan siqnalları səslənməyə başlayıb. Sakinlər sığınacaqlara keçməyə çağırılıb.

Qeyd edək ki, mayın 10-dan etibarən İsraillə Qəzza zolağı arasında başlayan münaqişədə hər iki tərəfdən 230-a yaxın şəxs həlak olub.