Qəzza zolağından İsrail ərazisi istiqamətində raket atılıb

Qəzza zolağından İsrail ərazisi istiqamətində raket buraxılıb. Həmin raket hava İsrailin hücumundan müdafiə sistemi ilə dəf edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusu bildirib.

Məlumatda qeyd olunub: “Xəbər veririk ki, İsrailin cənubunda hava hücum sirenlərinin çalmasından sonra Qəzza zolağından İsrail ərazisinə raket atılıb. Raket “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən dəf edilib”.