Qəzaya uğrayan avtobusla bağlı ilk rəsmi açıqlama

Qəzaya uğrayan avtobusla bağlı ilk rəsmi açıqlama

Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib.

AzerTimes xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov qeyd edib.

O bildirib ki, ilkin məlumata görə, ağır xəsarət alan yoxdur:

“Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır. Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olduğu bildirilir.

Məktəb rəhbərliyinin verdiyi məlumata əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub”.

Qeyd edək ki, Bakı-Şamaxı yolunda baş verən qəzada ağır yaralıların, hətta ölənin olduğu iddia edilirdi.

Teqlər: