Qəzalı ərazidə suyun çəkilməsi başa çatdı – FHN

Qəzalı ərazidə suyun çəkilməsi başa çatdı – FHN

Qaradağda qəzalı ərazidə suyun çəkilərək kənarlaşdırılması işi sona çatdırılıb.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumat verildiyi kimi, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonundan keçən hissəsində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə baş vermiş subasmanın aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi təmin olunub.

Belə ki, FHN-in qüvvələri tərəfindən Bakı-Qazax avtomagistralı boyu su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi ötən gecə saatlarında sona çatdırılıb.

Teqlər: