Qəza törədib qaçan sürücü məsuliyyətə cəlb edildi – Video

Qəza törədib qaçan sürücü məsuliyyətə cəlb edildi – Video

Yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan daha bir sürücü DYP əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.

BDYPİ-dən AzerTimes-a verilən məlumata görə, paytaxt ərazisində MAZ markalı 33 ZA 043 nömrə nişanlı yük avtomobilinin yol nəqliyyat hadisəsi törədərək daha sonra hadisə yerindən uzaqlaşması barədə 050-8000-902 Vatsap nömrəsinə daxil olmuş videomüraciət əsasında araşdırma aparılıb, qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü Yaşar Hüseynov DYP əməkdaşları tərəfindən müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.

Baş DYP İdarəsi bir daha bütün sürücülərdən yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmağa cəhd etməmələrini tələb edir, bu hərəkətləri ilə barələrində tətbiq ediləcək cəzanı ağırlaşdırdıqlarını diqqətlərinə çatdırır.

Teqlər: