Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarında əhəmiyyətli artım müşahidə edilib – Nazir

Bu ilin yanvar-aprel aylarında qeyri-neft-qaz sektoru üzrə vergi
daxilolmalarında ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli
artım müşahidə edilib.


Trend
-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl
Cabbarov “Twitter” səhifəsində bildirib.

“Bu dinamika iqtisadiyyatın şaxələndirilməsi, şəffaflaşmanın
miqyasının genişləndirilməsi və vergi inzibatçılığının
keyfiyyətinin artırılmasının nəticəsidir”, – nazir yazıb.