Qeyri-neft iqtisadiyyatında artımın bərpası ilə bağlı gözləntilər özünü doğrultmaqdadır – Mərkəzi Bank

Xəbər - Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev – Trend:

2021-ci ilə iqitisadi artımın bərpası ilə bağlı gözləntilər qeyri-neft iqtisadiyyatında artıq özünü doğrultmaqdadır.

AzerTimes-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın hesabatında deyilir.

Qeyd olunur ki, 2021-ci ilin yanvar-fevral aylarında qeyri-neft sektorunda resessiya, demək olar ki, dayanıb. Qeyri-neft sektorunun aparıcı sahələri olan qeyri-neft sənayesində 12,1 faiz, kənd təsərrüfatında 2,3 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 10,9 faiz artım müşahidə olunub.

“Real sektorun monitorinqinin nəticələrinə görə, fevralda biznes inam indeksi ötən aya nəzərən ticarət və xidmət sektorlarında artım meyilli olmuşdur. Tikintidə icraya qəbul edilmiş sifarişlərdə müsbət meyil qeydə alınıb. Qısa və ortamüddətli perspektivdə həm xarici, həm də daxili tələbdə bərpa prosesinin davam edəcəyi gözlənilir. Daxili tələb stimullaşdırıcı fiskal, monetar və makroprudensial siyasətlər, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri ilə dəstəklənəcək”.

Teqlər: