Qeydiyyat üçün müraciət edən təşkilatların əksəriyyəti reketçiliklə məşğul olmaq istəyir – PA rəsmisi

Hazırda 200-ə yaxın qeydiyyata alınmaqla bağlı müraciət
edib.

AzerTimes-ın məlumatına görə, bunu Prezident Administrasiyasının
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor
müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və
açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai
müzakirədə deyib.

O bildirib ki, araşdırmaların nəticəsində məlum olub ki, onların
böyük əksəriyyəti reketçiliklə məşğul olmaq istəyirlər.

“Ona görə də hesab edirəm ki, hər müraciət edəni qeydiyyata
almamalıyıq. Biz ictimai şuralarla bağlı qanunu da
təkmilləşdirməliyik”,- sektor müdiri deyib.

Teqlər: