Xəbər verdiyimiz kimi, tanınmış vəkilin qardaşını tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən keçmiş məhkum Rəsul Ağazadənin məhkəmə iclası başlayıb.
AzerTimes xəbər verir ki, qətlə yetirilən şəxs vəkil, 2020-ci ildə keçirilən parlament seçkilərində namizəd kimi iştirak edən Vasif İsrafilovun qardaşıdır.
V.İsrafilov 1983-cü ildə Xaçmaz rayonu Şollar kəndində anadan olub, iki ali təhsili var, 2014-cü ilə kimi Bakı şəhərində bir neçə məhkəmədə hakim köməkçisi, məsləhətçi vəzifələrində işləyib.
2014-cü ildən Vəkillər Kollegiyasının üzvüdür.