Qəti şəkildə güzəşt gözləməsinlər – Ərdoğan

Qəti şəkildə güzəşt gözləməsinlər – Ərdoğan

Nə qədər ki, ölkəmizə qarşı fəaliyyət göstərən terror təşkilatının fəaliyyətlərinin qarşısını almayacaqlar, bizdən müsbət yanaşma gözləməməlidirlər.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Tərəflərin götürdükləri öhdəliyi mütləq yerinə yetirməli olduqlarını xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan təəssüf hissi ilə bildirib ki, Türkiyəyə qarşı fəaliyyət göstərən terror təşkilatlarını bu və ya digər formada dəstəkləmək və ya onların fəaliyyətinə göz yummaq bir sıra digər Avropa ölkələrində də mövcuddur.

Xatırladaq ki, İsveçin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili iyulun 23-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona PKK/YPG terror təşkilatlarının fəaliyyəti ilə bağlı kəskin etiraz ifadə edilib. Qarşı tərəfdən PKK/YPG terror təşkilatı tərəfdarlarının iyulun 21-də İsveçin Göteborq şəhərində həyata keçirdiyi aksiya ilə bağlı izahat istənilib.

Teqlər: