Qətər klubu Xavi Ernandesi “Barselona”ya buraxıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Qətərin “Əl-Sədd” futbol klubu ispaniyalı baş məşqçi Xavi Ernandeslə müqaviləyə xitam verib.

Trend-in məlumatına görə, bu barədə klubun baş direktoru Türki Əl-Əli bildirib.

Xavinin yaxın saatlarda “Barselona” ilə müqavilə imzalaması gözlənilir.


Qeyd edək ki, “Barselona” oktyabrın 28-də Ronald Kumanın baş məşqçi vəzifəsindən azad edilməsindən sonra Xavi ilə razılaşsa da, “Əl-Sədd” ispaniyalı məşqçini buraxmaqdan imtina edirdi.

Hazırda “Barselona”ya müvəqqəti olaraq Serxi Barxuan rəhbərlik edir.

Teqlər: