Qərəzli İran saytından gözlənilməz: Laçın həqiqətləri…

Qərəzli İran saytından gözlənilməz: Laçın həqiqətləri…

Azərbaycanın Laçın şəhərindən çəkilən yeni görüntülərdə illər keçsə də, 1992-ci ildə ermənilər tərəfindən işğalın dağıdıcı izləri qalmaqdadır. Laçın şəhəri burada qanunsuz məskunlaşmış ermənilər çıxarıldıqdan sonra Azərbaycanın nəzarətinə keçib. Şəhərdə bəzi binalar yaşayış üçün yararlı olsa da, dağıdılmış evlər çoxdur. Şəhər ətrafındakı meşəlik ərazilərdə də ermənilərin getməzdən öncə törətdikləri yanğınların izləri qalır.

AzerTimes xəbər verir ki, bu gerçəkləri Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən İranın Qafqaz.ir saytı nəhayət etiraf edərək yazıb.

“Laçın şəhəri və ətraf kəndləri 1992-ci ildə Ermənistan tərəfindən işğal olunub və o vaxtdan bəri burada Suriya və Livandan çox sayda erməni yerləşdirilib. Ötən illərdə Azərbaycan daim Ermənistanın başqa dövlətlərin vətəndaşlarını Laçın və Qarabağın digər bölgələrində məskunlaşdırmaq siyasətinə etiraz edib və İrəvanın bu addımını Cenevrə Konvensiyasının pozulması kimi qiymətləndirir”, – sayt qeyd edib.

Teqlər: