Qərbli hərbi analitiklər etiraf edir… – Narışkin

Qərbli hərbi analitiklər etiraf edir… – Narışkin

Bir çox Qərb analitikləri Ukraynanın əks-hücumunun uğuruna ciddi şəkildə şübhə edirlər.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Pərdə arxasında bir çox qərbli hərbi analitik Ukrayna avantürasının uğuruna ciddi şübhələr bildirirlər. Təfərrüata varmadan onu deyim ki, Kiyev rejiminin elan etdiyi hədəflər əlçatmaz kimi qiymətləndirilir”, – o bildirib.

Narışkin qeyd edib ki, Qərb ölkələrinin məxfi xidmətlərinin, eləcə də onların hərbi idarələrinin nüfuzlu nümayəndələri əks-hücumun birbaşa əks nəticələrə gətirib çıxara biləcəyini istisna etmirlər.

Teqlər: