Qərbin Ukraynaya inamı getdikcə azalır – Lavrov

Qərbin Ukraynaya inamı getdikcə azalır – Lavrov

Münaqişə davam etdiyinə görə Qərbin hərbi uğurlara, Ukraynanın istənilən formada və sərhədlərdə qorunub saxlanmasına inamı getdikcə azalır.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov bildirib ki, əgər gələcəyə baxsaq, Ukrayna rəhbərliyi və onun kuratorları üçün hər şey qaranlıqdır:

“Silahlı toqquşmalar nə qədər uzansa, Qərb investorlarının münaqişədən sonra Ukraynanın yenidən qurulmasında iştirak etmək istəyi bir o qədər azalır”.

Teqlər: