Qərbin silahları gəldi, Ukrayna mövqeyini xeyli yaxşılaşdırdı

Qərbin silahları gəldi, Ukrayna mövqeyini xeyli yaxşılaşdırdı

Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələri artıq Qərb tərəfdaşlarından hərbi yardım alıb və bunun sayəsində cəbhədəki mövqelərini xeyli yaxşılaşdırıblar.

AzerTimes xəbər verir ki, bunu Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Starux deyib.

“Qərb tərəfdaşlarının köməyi bir neçə həftə əvvəl gəldi və qoşunlarımızın mövqelərini xeyli yaxşılaşdırdı”, – Starux bildirib.

Starux qeyd edib ki, hazırda Ukrayna qoşunları ilə Rusiya qoşunları arasında qarşıdurmanın əsas formalarından biri artilleriya duelləridir. Onun sözlərinə görə, Qərbin silahları snayper kimi dəqiq atır.

Teqlər: