Qərbin bütün bu məhdudlaşdırıcı tədbirləri çoxdan öz mənasını itirib.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyaları şərh edərkən bildirib.
“Bütün bu sanksiyalar çoxdan öz mənasını itirib. Onlar yalnız Qərbin gücsüzlüyünü açıq şəkildə nümayiş etdirir”, – Qrızlov söyləyib.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi bu gün Qrızlov da daxil olmaqla yeni antirusiya sanksiyalar paketini dərc edib.