Qərbin planı: Vuçiç pərdə arxasında şantaj olunur

Qərbin planı: Vuçiç pərdə arxasında şantaj olunur

Serbiya Prezidenti Aleksandr Vuçiç parlamentarilərə Kosova ilə bağlı AB-nin Belqrada təhvil verdiyi planı qəbul etdirməyə çalışır. Görünür, buna görə təəssüratı yumşaltmaq üçün o, çıxışnda bir sıra vətənpərvər ifadələr işlədib. Vuçiç Serbiyanın NATO-ya üzv olmayacağını və hərbi neytrallığı qoruyacağını xüsusilə vurğulayıb. Serb lideri Belqradın NATO ölkələri ilə neytrallığı və Kremlə sanksiyalar tətbiq etməməsinə görə artıq Avropada heç bir müttəfiqinin qalmadığını deyib. Həqiqətən də Serbiya və Bosniya və Herseqovina istisna olmaqla, bütün keçmiş Yuqoslaviya respublikaları artıq alyansa daxildir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı analitik Aleksandr Umrixin deyib.

“Nə olursa olsun, Vuçiç AB-nin Kosova ilə bağlı planını qəbul etdi. Fransa və Almaniyanın iştirakı ilə hazırlanan və yanvarın 20-də Serbiya prezidentinə təhvil verilən sənəddə deyilir: Belqrad Kosova Respublikasının müstəqilliyini tanımamaqla, onun BMT və bir sıra digər beynəlxalq təşkilatlara qəbul edilməsinə razıdır. Serbiya planı qəbul etməsə, ölkə vətəndaşlarının AB ölkələrinə vizasız gediş-gəlişinin ləğvi, Belqradın AB-yə daxil olması prosesinin dayandırılması, Avropa investisiyalarının ölkədən çıxarılması və sanksiyalarla hədələnir. Prezidentin mövqeyi əvvəlcədən açıqlanıb: Vuçiç təcrid olunmuş bir ölkənin prezidenti olmağa heç vaxt razı olmayacaq. Serbiya konsepsiyanı qəbul etməyə və Kosova ilə münasibətlərin normallaşdırılması üzrə Avropa planının həyata keçirilməsi üzərində işləməyə hazırdır”, – o bildirib.

Serbiyalı mütəxəssislərin fikrincə isə “Pərdə arxasında Vuçiç şantaj edilib”:

“Vuçiçin çıxışı ərəfəsində ABŞ ölkə rəhbərliyi ilə fəal əlaqə saxlayıb. Amerikanın ölkədəki səfiri Kristofer Hill müdafiə naziri Miloş Vuçeviçlə görüşüb. Ona ABŞ-Serbiya birgə hərbi təlimlərinin keçirilməsində müəyyən köməklik vəd edilib. Sonra Vuçiç ABŞ Dövlət katibi Entoni Blinkenlə Kosovadakı vəziyyət, “Serbiyanın Avropa yolu və Serbiya ilə ABŞ arasında ikitərəfli münasibətlər” barədə danışıb. Yanvar ayından Prezident Administrasiyası binası qarşısında mitinqlər keçirən müxalifət Vuçiçi ölkə konstitusiyasını pozmaqda itthima edib. Ölkə qanunvericiliyinə görə, “Kosova və Metohiya əyaləti (bu bölgə rəsmi olaraq Belqrad adlanır – red.) Serbiya ərazisinin ayrılmaz hissəsidir. Aydındır ki, serblərin mütləq əksəriyyəti istənilən formada Kosova albanlarının siyasi qurumunun tanınmasına qarşıdır. Serbiyada bu yaxınlarda keçirilən rəy sorğularının birində belə bir sual verilib: “Əgər Serbiyanın Kosovanın müstəqilliyi bahasına AB-yə üzvlüyü məsələsi gündəmə gəlsə, razılaşarsınızmı?” Respondentlərin 80%-dən çoxu mənfi cavab verib. Lakin Serbiya ətrafında vəziyyət açıq şəkildə dəyişir. Kosovada vəziyyət 2022-ci ildə yenidən gərginləşməyə başlayıb və bəzi ekspertlər hesab edirlər ki, Qərb vəziyyətdən istifadə edərək onun üçün faydalı olan qərara imza atıb. Rusiya isə Ukraynadakı hərbi əməliyyatlara görə prosesə ciddi siyasi təzyiq göstərə bilməyəcək”.

Teqlər: