Qərbin anti-Azərbaycan qüvvələri öz çirkin əməllərindən əl çəkmirlər – TƏHLİL

Xəbər - Fərid Zöhrabov – Trend:

Qərb dairələri məişət zorakılığı, seksual azlıqların hüquqları kimi mövzuları gündəmə gətirməklə Azərbaycanda qondarma problemlər icad etməyə çalışır.

Həmişə özünü dünyaya humanist kimi təqdim edən qərb son illər siyasətdə ikili standartlar yürüdür. Onların dəyər sistemində seksual azlıqların hüquqlarına təzadlı yanaşması insanlarda narahatlıq yaradır. Qərb dairələri özü başqa ölkələrdə insanların hüquqlarının pozulmasını önə çəkir. Öz cəmiyyətlərində baş verən problemlərə isə qərəzli yanaşmalar göstərir.

Təsadüfi deyil ki, ABŞ-ın belə məsələlərdə əsas təsir mexanizmlərindən biri olan USAİD-in son zamanlar Azərbaycanda fəallıq göstərməyə cəhd edir. ABŞ səfirliyi bu təşkilatın xətti ilə sözügedən istiqamətdə Azərbaycanda layihələr həyata keçirtməyə çalışır.

Qərb dairələrinin fəaliyyəti bununla da yekunlaşmır. Belə ki, Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayan Gülnarə Mehdiyeva və Vəfa Nağı ilə səfirlikdə görüşür. Hətta “cənab” səfir onları qəbul etməkdən şərəf duyduğunu da vurğulayır.

Beləliklə Qərb dairələri Azərbaycanın İstanbul konvensiyasına qoşulmasına nail olmağa, bununla da ölkəmizdə milli-mənəvi dəyərlərə zidd lahiyələri gerçəkləşdirməyə çalışır.

Məişət zorakılığı, qadın hüquqlarının pozulması şübhəsiz ki, ciddi problemdir. Qərb ölkələrinin özündə olduğu kimi olduğu kimi Azərbaycanda da var, ancaq bu məsələlər Azərbaycanda narahat doğuracaq səviyyədə deyil. Çünki bu problemlərlə dövlət uğurlu mübarizə aparır. Dövlət səviyyəsində geniş maarifləndirmə işləri gerçəkləşdirirlir.

Qərb dairələrinin bu hücmu heç də təsadüfi deyil.

Qərb dairələrinin Azərbaycana qarşı ikili siyasətini Trend-ə şərh edən Elçin Mirzəbəyli qeyd edib ki, artıq bir ilə yaxındır ki, müharibə başa çatıb, işğala və münaqişəyə son qoyulub, amma bir sıra Qərb dairələri bu reallıqla barışmaq istəmirlər:

“Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə, bir milyona yaxın insanın fundamental hüquqlarının pozulmasına, kütləvi qətliam və soyqırım aktlarına göz yumanların bu gün hətta qəbul etmədiyi postmünaqişə dövründə belə regionda cərəyan edəcək proseslərdə yer almağa heç bir mənəvi haqqı yoxdur”.

Elçin Mirzəbəyli qeyd edib ki, Cənubi Qafqazda Azərbaycanın lider rolunu qəbul edə bilməyən dairələr tarixi Qələbəmizdən sonra daha da möhkəmlənmiş, sarsılmaz milli birlikdən dərin narahatlıq keçirilər: “Ölkəmizə qarşı aparılan kampaniyaların məqsədi məhz bu möhtəşəm birliyə zərbə vurmaq, xalqın öz liderinə, hakimiyyətə olan inamını və etibarını sarsıtmaqdır.

Almaniya və ABŞ mediasında son zamanlar təşkil olunan ünvanlı qarayaxma kampaniyalarının əsas məqsədi də budur. 30 ilə yaxın bir müddət ərzində işğalçını dəstəkləyən, işğala məruz qalana qarşı isə çirkli kampaniyalar aparmaqla onun beynəlxalq nüfuzuna zərbə vurmağa çalışan dairələr, eyni siyasətlərini daha aqressiv formada davam edirlər.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, Prezident İlham Əliyevin “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyərək xalqa verilən dəyər, eynilə xalqın da ölkə başçısına olan sonsuz güvəni və inamı, ən əsası isə dövlət başçımızın ətrafında bir yumruq kimi birləşməsi, Qərb dairələrini narahat edir:

“Zəfərimizin birinci ildönümü ərəfəsində Azərbaycanın dövlət siyasəti, ölkədə mövcud durum və hakimiyyətdə təmsil olunmuş müxtəlif yüksək vəzifəli şəxslərə qarşı ünvanlı qarayaxma kampaniyasına başlamaq niyyətindədirlər. Lakin bu, nəticəsi olmayan cəhdlərdir. Bu gün Azərbaycan demokratik inkişaf yolunu tutmuş bir dövlətdir. Demokratik dəyərlərin daha geniş vüsət almasında maraqlı olmaq kimi dəyərlər Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycan dövlətinin müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biridir.

Azərbaycanın uğurlarını həzm edə bilməyən Qərbin müəyyən dairələri və onların təsiri altında olan media və QHT-lərin, ekspertlərin bu tipli hücumları əvvəlki illərdə də olduğu kimi davam edir. Əgər həmin dairələr düşünürlərsə ki, Azərbaycanın imicinə zərər gətirə bilərlər, yanılırlar. Məqsədləri bəllidir. Azərbaycana əlavə problemlər yaratmaq.

Bizim yolumuz isə birdir, bu məkirli qüvvələri cəmiyyətimizə yaxın buraxmamaq, Müzəffər Ali Baş Komandanın ətrafında daha da sıx birləşərək qətiyyətlə daha güclü olmaq və daha yüksək hədəflərə çatmaq. Məhz bu birlik isə onları narahat edir. Azərbaycan xalqı öz liderinin ətrafında daha sıx birləşib, heç bir kənar qüvvə bu inam və etibarı zədələyə bilməz”.

@FaridZohrabov

Teqlər: