Qərbi və Şərqi Azərbaycanda leysan, dolu, tufan xəbərdarlığı…

Qərbi və Şərqi Azərbaycanda leysan, dolu, tufan xəbərdarlığı…

Bazar günü Şimal-Qərbi və Şərqi Azərbaycan əyalətlərində, Ərdəbil, Gülüstan, Zəncan, Qəzvin, Əlburzda, o cümlədən Tehran, Qum, İsfahan və Yəzdin bəzi bölgələrində, Xuzistanın yüksək dağlıq ərazilərində, Çaharmahal və Bəxtiyari əyalətlərində leysan və tufan, bəzi yerlərdə müvəqqəti güclü külək, dolu gözlənilir.

AzerTimes xəbər verir ki, bu barədə İran Meteorologiya Təşkilatı məlumat yayıb.

Bildirilib ki, bazar ertəsindən cümə axşamına kimi şimal-qərb və mərkəzi yüksək dağlıq ərazilərdə və Əlburzda yerləşən əyalətlərin yüksək dağlıq ərazilərində leysan xarakterli yağış yağacağı, arabir şimşək çaxacağı, müvəqqəti güclü küləyin əsəcəyi gözlənilir.

Həmçinin bazar ertəsindən həftənin sonuna kimi ölkənin şimal bölgələrində, xüsusən də Xəzəryanı və Ərdəbil əyalətlərinin sahilyanı vilayətlərində havanın temperaturu yüksələcək. Xəzər dənizində dalğalar gözlənilir.

Qeyd edək ki, Ermənistanın bir sıra yaşayış məntəqələrində, xüsusilə Qazaxla sərhəd ərazilərdə yağış ciddi fəsadlara səbəb olub. Qazax rayonunda da bəzi əraziləri Ağstafaçayın daşması nəticəsində su basıb.

Teqlər: