Qərbi Azərbaycanda tələbələr etiraza qalxdı – Video

Qərbi Azərbaycanda tələbələr etiraza qalxdı – Video

Qərbi Azərbaycanın vilayətinin Saqqız şəhərində “Pəyame-Nur” Universitetinin tələbələri universitet rəhbərliyinin maneə yaratmasına baxmayaraq hökumət əleyhinə etiraz aksiyası keçirib.

AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Tələbələr İranın dini rəhbərini pisləyən şüar səsləndiriblər:

“Bu il qan ilidir, Seyid Əli devrilməlidir!”

Tələbələr bildirib ki, universitet rəhbərliyi onların dərsləri boykot etməsinin qarşısını almağa çalışsa da tələbələr öz sözündən dönməyərək aksiyanı davam etdirəcək və heç kim onların səsini kəsə bilməz.

Teqlər: