Qərbi Azərbaycanda bütün məktəblər bağlandı

Qərbi Azərbaycanda bütün məktəblər bağlandı

İranın Qərbi Azərbaycan əyalətinin bütün bölgələrində, eləcə də Xorasan əyalətində sərt hava şəraiti ilə əlaqədar olaraq məktəblər distant rejimə keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə əyalətlərin Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

Bildirilir ki, soyuqların davam etməsi enerji istehlakına mənfi təsir edir. Enerjiyə qənaət etmək üçün bu vilayətin bütün məktəblərində dərslər onlayn olacaq.

Yanvarın 9-dan başlayan tətillərin nə vaxt sona çatacağı barədə açıqlama verilməsə də, hava şəraiti ilə əlaqədar uzadıla biləcəyi qeyd olunub.

Xatırladaq ki, enerji qıtlığı ilə qarşılaşan İran soyuqlar başlayandan yüzlərlə dövlət idarəsi və ictimai iaşə obyektlərinə qaz verilişini də dayandırıb.

Teqlər: