Qərbi Azərbaycan İcması yaradıldı

Qərbi Azərbaycan İcması yaradıldı

“Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

AzerTimes Haqqın.az-a istinadən xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Məlumata əsasən, iclasın gündəliyinə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin “Qərbi Azərbaycan İcması” adlı qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili), yeni qurumun Nizamnaməsinin təsdiqi, İdarə Heyətinin seçilməsi ilə bağlı məsələlər daxil edilib: Müşahidə Şurasının və Nəzarət-Təftiş Komissiyasının üzvləri və sədrləri.

Səsvermə nəticəsində “Azərbaycan Qaçqınlar Cəmiyyəti” QHT-nin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması” adlı qeyri-kommersiya təşkilatına çevrilib.

Teqlər: