Qərbi Avropada qasırğa nəticəsində 10 nəfər ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropanın qərbində tüğyan etmiş “Yunis” (Eunice) qasırğası
nəticəsində 10 nəfər həlak olub.

Trend-in
məlumatına görə, azı dörd nəfər Niderlandda həyatını itirib. Haaqa
şəhərində dağılma təhlükəsi ilə əlaqədar bir neçə yaşayış evindən
sakinlər təxliyə olunub.

Bundan başqa, qasırğa üç nəfərin ölümünə səbəb olub.


Eyni zamanda, İrlandiya, Almaniya və Belçikada ümumilikdə 3
nəfər qasırğanın qurbanı olub.