Qərb yalan deyir, Putin uduzub – Kemeron

Qərb yalan deyir, Putin uduzub – Kemeron

Qərb Ukrayna cəbhəsindəki durğunluqdan danışmağı dayandırmalı və diqqətini bu ölkəyə dəstəyi gücləndirməyə yönəltməlidir.

AzerTimes xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.

Kemeron qeyd edib ki, Qərb Ukraynanın müharibədən dağılmış iqtisadiyyatını bərpa etmək üçün Rusiyanın dondurulmuş 350 milyard dollarlıq aktivlərindən istifadə etmək qərarına razılıq verməlidir.

Nazir müharibənin dalana dirənməsi və Ukraynanın qalib gələ bilməyəcəyi barədə deyilənləri rədd edib:

“Putin artıq böyük strateji məğlubiyyətə uğrayıb və biz çıxılmaz vəziyyətdən danışmağı dayandırmalıyıq. Bizim iqtisadiyyatımız Rusiyadan 25 dəfə böyükdür. Tam şəkildə nümayiş etdirə bilərik ki, zaman Putinin yox, bizim tərəfimizdədir”.

Kemeron əmin edib ki, Tramp Ağ Evə qayıdarsa, bu mesajı ona çatdırmağa çalışacaq:

“Nümayiş etdirməliyik ki, biz Ukraynanı davamlı olaraq silahla təmin edə bilərik. Bugünkü dünyanı və vəziyyəti nəzərə alsaq, eyni zamanda öz ehtiyatlarımızı da artırmalıyıq”.

Teqlər: