Qərb Ukraynaya bu mərmiləri verməlidir – Rays

Qərb Ukraynaya bu mərmiləri verməlidir – Rays

Beynəlxalq tərəfdaşlar Ukrayna üçün atəş dəstəyini artırmalıdırlar ki, Rusiyanın başlatdığı müharibə uzun mərhələyə keçməsin.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanının müşaviri Den Rays deyib.

“Müharibə artıq artilleriya duelinə keçib, bu, tükəndirmə müharibəsidir. Buna görə də Qərb əsasən DPİCM və ATACMS raketlərinin tədarükünü dərhal artırmalıdır. Qərb artıq Ukraynaya bir milyon böyük kalibrli mərmi verib. Bu mərmilər 50 minə yaxın rusu məhv edib”, – Rays bildirib.

Teqlər: