Qərb Ukraynada nüvədən istifadə etməyə başlayıb – Putin

Qərb Ukraynada nüvədən istifadə etməyə başlayıb – Putin

Qərb ölkələri Ukraynada artıq nüvə komponenti olan silahlardan istifadə etməyə başlayır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Szinpinlə görüşündən sonra mediaya açıqlamasında deyib.

Böyük Britaniyanın tükənmiş uran mərmilərini Ukraynaya ötürmək planlarından danışan Rusiya lideri cavab tədbirləri görməyə məcbur olacaqlarını vurğulayıb:

“Bu gün məlum oldu ki, Böyük Britaniya müdafiə nazirinin müavini Ukraynaya təkcə tanklar deyil, həm də tükənmiş uranla mərmilər tədarük edəcəyini bəyan edib. Görünür ki, Qərb həqiqətən də Rusiya ilə sonuncu ukraynalı qalana qədər vuruşmağa qərar verib, nəinki sözdə, eləcə də əməldə. Rusiya buna reaksiya verməyə məcbur olacaq”.

Qeyd edək ki, Böyük Britaniyanın müdafiə nazirinin müavini baronessa Annabel Qoldi bildirib ki, Ukraynaya “Çellenger 2” əsas döyüş tankları ilə yanaşı, tərkibində tükənmiş uran olan zirehli deşici mərmilər də daxil olmaqla döyüş sursatlarının tədarükü planlaşdırılır.

Teqlər: