Qərb “Şimal axını”ilə bağlı araşdırmanı bağlayır – Peskov

Qərb “Şimal axını”ilə bağlı araşdırmanı bağlayır – Peskov

Qərb ölkələri “Şimal axını”na hücumlarla bağlı təhqiqatı səssizcə məhdudlaşdırmağa çalışır.

AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov həmçinin, amerikalı jurnalist Seymur Herşin “Şimal axını” kəmərlərinin fəaliyyətinin pozulmasının arxasında ABŞ-ın dayandığına dair məqaləsinə göstərilən beynəlxalq reaksiyaya münasibət bildirib:

“Bu material beynəlxalq araşdırmanın sürətləndirilməsinə səbəb olmalıdır. Ancaq biz bunun tam əksini görürük. Onlar beynəlxalq araşdırmanı səssizcə məhdudlaşdırmağa cəhd edirlər”.

Teqlər: