Qərb Rusiyaya ərazi güzəştləri edəcək – “Politiko”

Qərb Rusiyaya ərazi güzəştləri edəcək – “Politiko”

ABŞ və Avropa ölkələri Ukraynanın potensial sülh danışıqları üçün mövqeyini gücləndirməyə çalışır və bu, çox güman ki, Moskvaya ərazi güzəştləri demək olacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri Ağ Ev rəsmisinə və bir avropalıya istinadən yazıb.

Nəşrin yazdığına görə, Qərb paytaxtlarında Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun fiaskosundan sonra hava hücumundan müdafiə sistemləri ilə zəngin müdafiə xətlərinin gücləndirilməsindən və Ukraynanın hərbi sənaye kompleksinin bərpasından danışırlar.

“İndi ABŞ və Avropanın Ukraynaya yardımı ciddi təhlükə altında olduğu üçün Bayden administrasiyası və Avropa rəsmiləri səssizcə diqqəti Ukraynanın mövqeyini gücləndirməyə yönəldirlər. Bu cür danışıqlar, yəqin ki, Ukraynanın bir hissəsinin Rusiyaya güzəştə getməsi demək olacaq”, – nəşr yazıb.

Nəşr vurğulayıb ki, ABŞ-da prezident seçkiləri ilində Co Bayden seçdiyi xarici siyasət kursunun uğursuzluğunu etiraf edə və dəyişikliyini açıq elan edə bilməyəcək:

“Bu müzakirələr (sülh danışıqları haqqında – red.) başlayır, lakin administrasiya siyasi riskə görə açıq şəkildə geri çəkilə bilmir”.

Teqlər: