“Çılpaq gecə” qalmaqalı: Məşhur bloger həbs edilir

“Çılpaq gecə” qalmaqalı: Məşhur bloger həbs edilir

Vergi idarəsi Nastya İvleyevaya qarşı yoxlamalara başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Maş” (Mash) Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, rusiyalı blogeri “xüsusilə külli miqdarda vergidən yayınma” ittihamı ilə beş ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, İvleyevanın təşkil etdiyi gecə mərasimi Rusiyada böyük rezonansa səbəb olub. Bu tədbirə qatılan rusiyalı məşhurların bəzilərinin tamamilə çılpaq və yaxud həddən artıq açıq-saçıq geyinməsi, o cümlədən LGBT təbliği rusiyalı ictimai fəalları və ziyalıları, politoloqları, ekspertləri qəzəbləndirib. Tədbirə qatılan Filip Kirkorovdan “xalq artisti” adının geri alınması üçün hətta Duma üzvü Mədəniyyət Nazirliyinə müraciət edib.

Rusiya ziyalıları isə ardıcıl çıxışlar edərək, bu tədbirdə iştirak edənlərin “bağışlanmamasını” tələb edirlər.
Dünən isə məlum olub ki, Moskva məhkəməsi Nastya İvleyevaya qarşı 1 milyard rubl tələbi ilə bağlı iddia ərizəsini qəbul edib. Məhkəmə iclası gələn il keçiriləcək.

Teqlər: