Qərb ölkələri Rusiyanı Ukraynadakı hərəkətlərinə görə cəzalandırmağa çalışacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
“Biz tərəfdaşlarımızla birlikdə Rusiyanın məsuliyyətə cəlb olunmasının tərəfdarıyıq”, – Şolts bildirib.
Kansler həmçinin, Ukraynadakı münaqişənin böyük geosiyasi təsirlərinin olduğunu vurğulayıb.