Qərb Rusiyanı bu təşkilatdan kənarlaşdırmaq istəyir

Qərb Rusiyanı bu təşkilatdan kənarlaşdırmaq istəyir

Qərb ölkələri və Ukrayna Rusiyanı ATƏT Parlament Assambleyasından kənarlaşdırmaq cəhdlərini davam etdirəcək.

AzerTimes xəbər verir ki, bunu Krım bölgəsindən senator, Federasiya Şurasının Xarici İşlər Komitəsinin üzvü Sergey Tsekov deyib.

“Kiyev bu məsələdə AB ölkələri üzərində təzyiq göstərməyə davam edəcək. Ukrayna heç bir işə qatılmasaydı, dünya daha sakit yer olardı. Çünki qeyri-sabitliyin əsas mənbəyi Ukrayna siyasi elitasıdır”, – senator qeyd edib.

Qeyd edək ki, Ukrayna ATƏT PA-nın Rusiyanı xaric etməsinə qərar verilənə qədər onu boykot edəcəyini açıqlayıb.

Teqlər: