Qərb Rusiya ordusunu məhv edəcək – Fedorov

Qərb Rusiya ordusunu məhv edəcək – Fedorov

Vladimir Putin Ukraynaya qarşı nüvə silahından istifadə etmək qərarına gələrsə, Qərb Rusiya ordusunu məhv edəcək .

AzerTimes xəbər verir ki, bunu beynəlxalq təhlükəsizlik məsələləri üzrə ekspert Yuri Fedorov deyib.

“Bir çox ekspertlər və siyasətçilər deyirlər ki, əgər onun hazırkı strategiyası tükənərsə, o, tamamilə çılğın şeylərə – taktiki nüvə silahlarından istifadəyə müraciət edə bilər. Ancaq yadda saxlamaq lazımdır ki, Qərb Putinin Ukraynaya qarşı potensial nüvə silahından istifadəsinə reaksiyasını müəyyən edib. Bundan sonra Rusiya ordusunun məhv ediləcəyi açıq şəkildə bəlli olub. Düşünürəm ki, Putin öz hərbi rəhbərlərindən və generallarından bu təhlükənin real olub-olmadığını soruşsa, ona “hə” cavabını verəcəklər”, – ekspert qeyd edib.

Teqlər: