Qafqazla bağlı məsələlər ancaq bu region ölkələrinə aiddir.
AzerTimes xəbər verir ki, bunu İran İslam Respublikasının Bakıdakı səfiri Abbas Musəvi X sosial şəbəkəsində yazıb.
“İran və regionun digər ölkələri Qafqazın sabitliyi və təhlükəsizliyi üçün 3+3 təşəbbüsünü qətiyyətlə dəstəkləyir və heç vaxt regiondan kənar müdaxiləni qəbul etmirlər. Digər fundamental məsələlər kimi bizim də bu fundamental məsələdə Qərbin məqsəd və istəkləri ilə bağlı ciddi problemimiz var”, – o bildirib.