Kreml Papa Fransisklə bağlı açıqlama yaydı

Kreml Papa Fransisklə bağlı açıqlama yaydı

Kreml Roma Papası Fransiskin Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarla bağlı dediklərinə anlayışla yanaşır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Onun (Roma Papası Fransisk – red.) dediyi fikir, əlbəttə ki, tamamilə başadüşüləndir. O, danışıqların tərəfdarı olduğunu deyib. Prezidentimiz dəfələrlə danışıqlar yolu ilə problemləri həll etməyə hazır olduğunu bildirib, amma həm Papanın bəyanatları, həm də digər tərəflərin təkrar bəyanatları son vaxtlar Kiyev tərəfindən tamamilə sərt təkziblə üzləşib”, – o bildirib.

Peskov qeyd edib ki, Ukraynanın mövqeyini Rusiyanı qaçılmaz strateji məğlubiyyətə məhkum etmək üçün hər şeyi edən avropalı siyasətçilərin bəyanatları gücləndirir:

“Bu, yanlış fikirdir və döyüş meydanında baş verənlər buna sübutdur”.

Teqlər: