Qərb qoşunları Ukraynada peyda olarsa… – Rusiya

Qərb qoşunları Ukraynada peyda olarsa… – Rusiya

Rusiya ümid edir ki, NATO-nun özünüqoruma instinkti Ukraynaya qoşun yeritmək məsələsində işləyəcək.

AzerTimes xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib.

“Qərb qoşunları Ukraynada peyda olarsa, NATO ilə Rusiya arasında birbaşa silahlı qarşıdurma riski dəfələrlə artacaq. Biz belə bir inkişafı istəmirik. Ümid edirik ki, Qərbdə ağıl və özünüqoruma instinkti son nəticədə qalib gələcək”, – Polişuk bildirib.

O vurğulayıb ki, blok Ukrayna münaqişəsinə cəlb olunmasının potensial təhlükələrindən xəbərdardır və hazırkı mərhələdə məsafə saxlamağa çalışır.

Teqlər: