Qərb narahatdır: Ukrayna ordusu dağıla bilər

Qərb narahatdır: Ukrayna ordusu dağıla bilər

Münhen Təhlükəsizlik Konfransında iştirak edən tərəfdaşlar Ukrayna ordusunun cəbhədəki perspektivlərindən narahat olduqlarını bildiriblər.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

Qərbin yüksək səviyyəli siyasətçiləri və rəsmilərinin fikrincə, ABŞ-dan 60 milyard dollarlıq yeni hərbi yardım paketi təsdiqlənməsə, Ukrayna müharibəni uduzacaq. Eyni zamanda, nəşrin həmsöhbətlərinin çoxu Ukraynanın Rusiyaya qarşı müharibədə qələbəsinin necə olacağına cavab verməkdə çətinlik çəkib.

ABŞ Konqresinin Kəşfiyyat Komitəsinin sədri, demokrat senator Mark Uornerin sözlərinə görə, Nümayəndələr Palatasının yeni yardım paketini təsdiqləməsi Ukrayna üçün “dəyişmə anı” olacaq. Bununla belə, Uorner bu addımın ölkənin müharibədə qələbəsini təmin edəcəyini iddia etməyib, sadəcə olaraq bildirib ki, Amerika yardımı Kiyevin son və ən yaxşı ümididir.

Eyni zamanda, “Politiko”nun ümumilikdə 13 həmsöhbəti bildirib ki, Ukraynaya dəstək vermək üçün hazırkı plan sadəcə olaraq onun silahlı qüvvələrinin Avdeyevkanın rus qoşunları tərəfindən tutulması fonunda dağılmasının qarşısını almaqdır.

Teqlər: