Qərb məni qucaqladı, təriflədi, sonra dayandı – Zelenski

Qərb məni qucaqladı, təriflədi, sonra dayandı – Zelenski

Qərb tərəfdaşlarının göstərdiyi hərbi və maliyyə yardımı Ukraynanın müharibədən sağ çıxması üçün həlledici olsa da, qələbə üçün kifayət etmədi.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Hər kəs gülür, qucaqlayır və deyir ki, sən dözümlüsən, güclüsən, azad dünyanın liderisən, demokratiyamızı xilas edirsən. Əgər Ukrayna xalqının belə prezidenti olmasaydı, biz Avropanın yarısını itirəcəkdik, daha sonra Rusiya ABŞ-a hücum edəcəkdi. Biz nəyimiz varsa, hamısını sizə verməliyik. Daha sonra dayandılar. Nankor olmaq istəmirəm. Çünki qərbli tərəfdaşlarımız Ukraynaya çox böyük kömək etdilər, bu kömək olmasaydı ölkəmiz sağ qala bilməyəcəkdi. Onlar bizə ayaq üstə dayanmağa kömək etdilər. Fikrimcə, qələbə qazanmağımız üçün daha çox kömək edə bilərdilər”, – Zelenski bildirib.

Teqlər: