Qərb it yuvasından hürən itlər… – Medvedyev

Qərb it yuvasından hürən itlər… – Medvedyev

Rusiya həmişə öz xalqını və torpağını müdafiə edəcək.

AzerTimes xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Dmitri Medvedyev deyib.

“Rusiya nəhəng və zəngin ölkədir. Bizə başqalarının əraziləri lazım deyil, hər şeyimiz boldur. Amma bizim üçün müqəddəs olan, ata-babalarımızın, bu gün isə xalqımızın yaşadığı torpağımız var. Və bunu heç kimə verməyəcəyik. Biz xalqımızı qoruyuruq. Biz bütün xalqımız, torpağımız, min illik tariximiz üçün, bizə nifrət edənlərə, dilimizə, dəyərlərimizə, hətta inancımıza qadağa qoyanlara, Vətən tariximizə nifrət yayanlara qarşı mübarizə aparırıq. Bizə qarşı bu gün ölməkdə olan dünyanın bir hissəsi dayanıb. Bu, bir dəstə çılğın nasist narkomanın, onlar tərəfindən qorxudulmuş insanların və Qərb it yuvasından hürən itlərin böyük bir dəstəsidir”, – Medvedyev bildirib.

Teqlər: